Ukrayna uzun müddətdir yetərincə yağış yağmadığı üçün quraqlıqla üzləşən Keniyaya 25 min ton buğda yardımı edib.
Bu barədə İnterpress.az Türkiyə mediasına istinadən xəbər verir.
Keniya vitse-prezidenti Riqathi Qaçaqua Ukraynadan göndərilən 25 min ton buğda aldıqlarını açıqlayıb.
Ölkəsində quraqlığın davam etdiyini bildirən Qaçaqua buğdanın ərzaq problemi olan bölgələrə paylanacağını bildirib.