Ukraynalı nazirin evində AXTARIŞ APARILIRbackend

Ukraynalı nazirin evində AXTARIŞ APARILIR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukraynanın keçmiş infrastruktur nazirinin evində axtarış aparılır.

İnterpress.az xəbər verir ki, bu barədə Ukrayna mediası məlumat yayıb.

Ukrayna Dövlət İstintaq Bürosu keçmiş infrastruktur naziri Aleksandr Kubrakovun evində axtarış aparmağa gəlib.

Axtarışlar əvvəllər dövlətə xəyanətdə iki maddə ilə ittiham olunan deputat Yevgeni Şevçenkonun ehtimal edilən dələduzluğu ilə bağlı istintaq çərçivəsində aparılır.

Bildirilib ki, Şevçenko Belarusdan gübrə almaq üçün sahibkarlardan fırıldaq yolu ilə 14,5 milyon qrivna alıb və Kubrakov bu işdə ona kömək edib.

Xuraman Etibarlı

İnterpress.az