Ukraynalı pilotlar Arizonada təlim keçəcəkbackend

Ukraynalı pilotlar Arizonada təlim keçəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) Ukrayna pilotlarına F-16 qırıcılarının təliminə başlayacağını açıqlayıb.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Pentaqonun sözçüsü Patrick Ryder bildirib ki, pilotlar gələn ay Texas ştatının San Antonio şəhərindəki Lackland Hərbi Hava Qüvvələri bazasında ilk növbədə ingilis dilində təlimlərə başlayacaq, ardınca isə Arizonada uçuş təlimləri keçiriləcək.

ABŞ-da yeni bir F-16 pilotunun təhsilinin adətən təxminən səkkiz ay çəkdiyini bildirən Ryder, təcrübəli pilotun hazırlığının təxminən beş aya tamamlana biləcəyini qeyd edib.

Ukrayna lideri Vladimir Zelenski uzun müddətdir ki, Qərb ölkələrindən F-16 döyüş təyyarələri istəyirdi. Zelenskinin tələbi yerinə yetirilib. Danimarka, Hollandiya və Norveç Kiyevə F-16-lar tədarük edəcəyinə söz vermişdilər.