Ukraynanın I vitse-spikeri: “Azərbaycanın ərazi bütövlüyünün bərpasını dəstəkləyirik”backend

Ukraynanın I vitse-spikeri: “Azərbaycanın ərazi bütövlüyünün bərpasını dəstəkləyirik”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Beynəlxalq hüququn bütün tələbləri istənilən dövlətin ərazi bütövlüyünün toxunulmazlığını, o cümlədən dövlətin ərazi bütövlüyünün bərpası üçün istənilən imkanlardan yararlanmağı şərtləndirir. Biz Azərbaycanın ərazi bütövlüyünü, onun bərpasını ilk gündən dəstəkləyirik”.

Bunu “Report”un Avropa bürosuna açıqlamasında Ukrayna Ali Radasının (parlament) sədrinin I müavini Ruslan Stefançuk deyib.

O qeyd edib ki, Ukraynanın bu mövqeyi beynəlxalq hüququn tələblərinə, ölkələrin suverenliyi prinsiplərinə və ədalətə əsaslanır: “Bizimdə ərazi bütövlüyümüz sepratizmdən əziyyət çəkir. Bu baxımdan dost Azərbaycanın da bu ağrılı problemini dərindən anlayırıq. Biz Azərbaycanın ərazi bütövlüyünü birmənalı olaraq dəstəkləyirik, onun pozulmasını və işğalını qəti şəkildə pisləyirik”.

I vitse-spikerin fikrincə, çox yaxşı olardı ki, tərəflər nəhayət tezliklə ortaq dil tapa bilsinlər və bölgədə sülh olsun:

“Çünki XXI əsr, müasir svilizasiya sakinləri müharibələrlə, qırğınlarla yaşamamalıdır”.

İnterpress.az