Ukraynanın müdafiə naziri Rustem Umerov və Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov istefaya gedir.
İnterpress.az xəbər verir ki, bu barədə Ukraynanın “Strana” nəşri məlumat yayıb.
Budanovun yerinə namizəd Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Oleq İvaşşenko ola bilər.
Ukraynanın yeni müdafiə nazirinin kim olacağı hələ məlum deyil, nəşrin həmsöhbəti əlavə edib ki, Budanovla Prezident Aparatının rəhbəri Andrey Ermak arasında “ciddi gərginlik” var.
Xuraman Etibarlı
İnterpress.az