Ukraynanın müstəqilliyinin 32-ci ili müharibənin kölgəsində keçirbackend

Ukraynanın müstəqilliyinin 32-ci ili müharibənin kölgəsində keçir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Düz 32 il əvvəl Ukrayna öz müstəqilliyini elan edib və Sovet Sosialist Respublikaları İttifaqını tərk edib.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Bu gün Kiyev hələ də həmin bəyannamənin əldə etdiyi müstəqilliyi qoruyub saxlamaq uğrunda mübarizə aparır.

Bəs, Ukrayna müstəqilliyini əldə etdikdən sonra hansı prosesdən keçib, bu günə qədər necə gəlib?

1991-ci il avqustun 24-də Ukrayna parlamentinin təsdiq etdiyi sənədlə ölkə Sovet Sosialist Respublikaları İttifaqından çıxıb.

Müstəqil ölkə olduğunu bütün dünyaya bəyan edib.

O vaxtdan bəri Ukrayna həmişə Qərblə Rusiya arasında seçim etməli olub.

Ölkə qərbpərəst və ya rusiyapərəst liderlərin mübarizəsinin şahidi olub.

Bu mübarizə ilk dəfə 2004-cü il prezident seçkilərində alovlanıb.

Seçkinin ikinci turunda rusiyayönlü Viktor Yanukoviç 49,4 faiz səs toplayıb.

Qərbyönlü Viktor Yuşşenko 46,6 faiz səs toplayanda küçələr canlanıb.

Yuşşenkonun tərəfdarlarını küçələrə çıxmağa çağırışı qarşılanıb.

Beləliklə, “narıncı inqilab” hərəkatının başlatdığı hadisələr başlayıb.

Nümayişlər böyüdü, seçkilərin nəticələri etibarsız elan edildi və seçkilərdə yenidən səsvermə keçirilib.

Yuşşenko ölkənin yeni prezidenti oldu və hakimiyyətinin ilk ilində Rusiya Ukraynaya təbii qaz axınını kəsib.

2010-cu il seçkilərində bu dəfə rusiyayönlü Yanukoviç Ukrayna prezidenti olub.

2013-cü ildə Yanukoviç Ukrayna-Avropa İttifaqı Assosiasiyası sazişini imzalamaqdan imtina etdikdən sonra qərbyönlü tərəfdarlar küçələrə axışıb.

Avromaydan kimi tanınan nümayişlər polislə etirazçılar arasında silahlı toqquşmaya çevrilərək paytaxt Kiyevi müharibə zonasına çevirib.

100-dən çox insan həyatını itirib, yüzlərlə insan yaralanıb.

Hadisələrdən sonra Yanukoviç ölkəni tərk etdi və hakimiyyətə Qərbin dəstəklədiyi müxalifət gəlib.

Rusiyanın növbəti addımı 2014-cü ildə Krımın ilhaqı olub.

Ölkənin şərqində rusiyapərəstlərin üstünlük təşkil etdiyi Donbasda gərginlik artıb.

Donetsk və Luqansk Kiyevdən birtərəfli müstəqilliklərini elan ediblər.

İllərlə davam edən qarşıdurmalarda on minlərlə insan həyatını itirib.

Qərbyönlü siyasət yürüdən Zelenski dövründə Rusiya ilə münasibətlər daha da gərginləşib.

Rusiya prezidenti Vladimir Putin 2022-ci il fevralın 21-də Donetsk və Luqansk vilayətlərinin müstəqilliklərini tanıdığını elan edib.

Daha sonra fevralın 24-də rus ordusu Ukrayna ərazisinə daxil olub və Rusiya-Ukrayna müharibəsi başlayıb.