ÜST: Dünyada COVID-19 halları artıbbackend

ÜST: Dünyada COVID-19 halları artıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) avqust ayında COVID-19-a yoluxma hallarının əvvəlki ayla müqayisədə 38 faiz artdığını və dünyada 1,4 milyondan çox yoluxma halının qeydə alındığını açıqlayıb.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

ÜST epidemioloji yeniləmə hesabatını dərc edib.

Müvafiq olaraq, iyulun 31-dən avqustun 27-dək davam edən 28 gün ərzində 1,4 milyondan çox yeni Covid-19 hadisəsi və COVID-19-dan 1800-dən çox ölüm faktı qeydə alınıb.

Əvvəlki 28 günlük dövrlə müqayisədə yoluxmalarda 38 faiz artım, ölüm nisbətində isə 50 faiz azalma olub.

Bildirilir ki, qlobal miqyasda testlərin və hesabatların azalması səbəbindən bildirilən hallar yoluxma nisbətlərini dəqiq əks etdirmir.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, dünyada 770 milyondan çox COVID-19 hadisəsi və 6 milyon 956 min ölüm halı qeydə alınıb.