ÜST: Dünyada son bir həftədə koronavirusa yoluxmada rekord artım qeydə alınıbbackend

ÜST: Dünyada son bir həftədə koronavirusa yoluxmada rekord artım qeydə alınıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) dünyada son bir həftə ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxma hallarında rekord artım olduğunu açıqlayıb.

İnterpress.az-ın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, sentyabrın 14-dən 20-dək dünyada 1 998 897 nəfər COVID-19 infeksiyasına yoluxub, 36 764 nəfər isə vəfat edib.

ÜST-dən bildirilib ki, qeydə alınmış yoluxma hallarının sayı əvvəlki həftəyə (7-13 sentyabr) nisbətən 6% artıb, ölüm nisbəti isə 10% azalıb.

İnterpress.az