Üzərində tapança və 138 min dollarlıq bank çeki olan qadın SAXLANILDI – FOTObackend

Üzərində tapança və 138 min dollarlıq bank çeki olan qadın SAXLANILDI – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Vnukovo” hava limanında tapança və 138 min dollarlıq bank çeki olan sərnişin saxlanılıb.

İnterpress.az xəbər verir ki, bu barədə “Vnukovo” hava limanının mətbuat xidməti məlumat yayıb.

Qadın Türkiyə ərazisindən tranzitlə Dallasdan gəlib.

O, baqajında üç boş klipi olan 45 çaplı Colt Combat Commander tapançası aparıb. Şəxsi axtarış zamanı turist qadın kəmər çantasından 138 000 dollarlıq bank çeki götürüb.

O, ikili vətəndaşlığı olduğu və daimi olaraq ABŞ-də yaşadığı üçün daşıdığı əşyaları bəyan etmək zərurətindən xəbəri olmayıb.

Qadın qaçaqmalçılıq yolu ilə nağd pul və odlu silah keçirtdiyinə görə saxlanılıb. Faktla bağlı cinayət işi açılıb.

Xuraman Etibarlı

İnterpress.az