Üzünü plastik əməliyyatla dəyişən qatil 7 ildən sonra yaxalandı
İnterpress.az xəbər verir ki, bu barədə Türkiyə Daxili İşlər Nazirliyi məlumat yayıb.
2010-cu ildə Ankarada törədilmiş bir qətlin təşkilatçısı olan Barış Mirzə 7 illik axtarışdan sonra saxlanılıb.
Məlum olub ki, o, izinə düşülməməsi üçün qeyri-adi üsula əl atıb.
İstintaqla müəyyən edilib ki, Barış Mirzə plastik əməliyyat keçirərək üzünü qardaşına bənzədib.
O, bu yeni xarici görünüşü və qardaşının adına olan şəxsiyyət vəsiqəsi ilə Türkiyəyə daxil olub.
Lakin keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qatilin əsl kimliyi müəyyən edilib və o, tutularaq istintaqa təhvil verilib.

Xuraman Etibarlı
İnterpress.az






