Rusiyada uşaq anasının boynundan sürüşərək ağır dərəcəli yanıq xəsarətləri alıb.
Interpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Moskvaətrafı ərazidə dəhşətli hadisə qeydə alınıb. 7 aylıq oğlan anası yemək bişirərkən onun boynundan yapışıb, amma bir anda özünü itirib və birbaşa qaynar şorba qazanına yıxılıb.
Körpə dərhal xəstəxanaya yerləşdirilib. Həkimlərin verdiyi məlumata görə, uşaqda 2-ci dərəcəli, bədənin 85–90 faizini əhatə edən ağır yanıq xəsarətləri var.
Xuraman Etibarlı
Interpress.az






