Van Qubernatorluğu nümayiş yürüşləri və açıq hava toplantılarının 2 gün müddətinə qadağan edildiyini açıqlayıb.
Bu barədə İnterpress.az yerli mediaya istinadən xəbər verir.
Belə ki, konstitusiya və qanunlarda nəzərdə tutulan məhdudiyyət və qadağa şərtlərini birbaşa və açıq şəkildə təşkil edən hərəkət və hücumların qarşısının alınmasının planlaşdırıldığı bildirilib.
Bəyanatda bunun xalqın can və mal təhlükəsizliyini təmin etmək, terror təşkilatlarının planlarını aradan qaldırmaq və milli təhlükəsizliyi təmin etmək, əsas hüquq və azadlıqları, başqalarının hüquq və azadlıqlarını qorumaq məqsədi daşıdığı, ümumi asayişin davam etdirilməsini təmin etmək və zorakılığın yayılmasının qarşısını almaq üçün edildiyi vurğulanıb.