Vaşinqtonda Ceyhun Bayramov, Ararat Mirzoyan və Entoni Blinken arasında üçtərəfli görüş başlayıbbackend

Vaşinqtonda Ceyhun Bayramov, Ararat Mirzoyan və Entoni Blinken arasında üçtərəfli görüş başlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Vaşinqtonda ABŞ Dövlət katibi Entoni Blinkenin iştirakı ilə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla görüşü keçirilir.

İnterpress.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi “X” sosial şəbəkəsində paylaşım edib.

NATO sammiti çərçivəsində keçirilən görüş Azərbaycanla Ermənistan arasında sülh sazişi və münasibətlərin normallaşmasına həsr olunub.

Xarici İşlər Nazirliyindən həmçinin qeyd olunub ki, görüş Entoni Blinkenin təşəbbüsü ilə baş tutur.