Venesuela Bolivar Respublikasının gənclər və idman naziri Mervin Maldonado Qoşulmama Hərəkatı Gənclər Təşkilatının rəhbəri Orduxan Qəhrəmanzadəni qəbul edib.
İnterpress.az xəbər verir ki, səmimi mühitdə keçirilən görüş zamanı bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
O.Qəhrəmanzadə səmimi qəbula görə nazir Mervin Maldonadoya təşəkkürünü bildirib.
Qəbuldan sonra nazir Mervin Maldonado O.Qəhrəmanzadə ilə görüşünün videosunu sosial şəbəkə hesabında paylaşıb.
Videonun fonunda azərbaycanlı şair Məhəmməd Hüseyn Şəhriyarın “Azərbaycan” adlı şeirinə bəstələnmiş mahnının səsləndirilməsi xüsusi diqqət çəkib.
Qeyd edək ki, O.Qəhrəmanzadə Venesuelada keçirilən Qoşulmama Hərəkatı Gənclər Təşkilatının sammitində iştirak edir.