Vətən müharibəsi iştirakçısı qayınatası tərəfindən döyüldübackend

Vətən müharibəsi iştirakçısı qayınatası tərəfindən döyüldü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Daşkəsən rayonu, Səməd Vurğun küçəsi 11, mənzil 8-də yaşayan Sərdar Verdiyev oğlu İbrahim Verdiyevin qaynatası Həmid Qurbanov tərəfindən soyuq silahla öldürülməyə cəhd etdiyini bildirib. 

“Yeni Sabah” xəbər verir ki, o “Hürriyyət”ə müraciət edərək İbrahim Verdiyevin üç yaşlı övladını görməyə gedərkən qaynatası Həmid Qurbanovun hücumuna məruz qaldığını qeyd edib.

İbrahim Verdiyev 44 günlük Vətən müharibəsində iştirak edib. O, Prezidentin sərəncamı ilə Kəlbəcərin azad olunmasına görə medalı ilə təltif edilib. Vətən müharibəsi iştirakçısının atası Sərdar Verdiyev müraciətində hüquq-mühafizə orqanlarının işi ört-basdır etməyə çalışdığını qeyd edib:

“Oğlum Verdiyev İbrahim Sərdar oğlu N saylı hərbi hissədə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusudur. Manqa komandiri vəzifəsini icra edib. 22.08.2021-ci ildə üç illik müqavilə bitdiyi üçün ehtiyata buraxılıb. İkinci Qarabağ müharibəsinin iştirakçısı olub. Prezidentin sərəncamı ilə Kəlbəcərin azad olunmasına görə medalı ilə təltif edilib. 07.08.2021-ci il tarixdə məzuniyyətə gəlib. Məzuniyyət ərəfəsində üç yaşlı uşağını görmək istəyərkən, qaynatası Həmid Qurbanov soyuq silahla, yəni küt alətlə oğlumu öldürməyə cəhd etmişdir. Lakin təsadüf nəticəsində sağ qalmışdır.

Bu haqda Daşkəsən polisinə və prokurorluğuna müraciət etmişəm. Təəssüf ki, bu günə qədər həmin şəxs həbs edilməmişdir. Güman edirəm ki, rüşvət müqabilində Həmid Qurbanovun cəzasını yüngülləşdirmək istəyirlər. Hörmətli Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevdən xahiş edirəm ki, bu iş öz nəzarətinə götürsün. Həmid Qurbanov törətdiyi əmələ görə layiqli cəzasını alsın. Əks təqdirdə həmin şəxsi özüm cəzalandıracam”.

DİN-in Mətbuat Xidmətinin Gəncə şəhərində regional qrupunun baş inspektoru, polis baş leytenantı Eşqin Qasımov sözügedən məsələ ilə bağlı açıqlama verib: “Vətəndaş İbrahim Verdiyevin qaynatası Həmid Qurbanov tərəfindən döyülməsi barədə Daşkəsən rayon Polis Şöbəsinə müraciət daxil olub. Müraciətlə əlaqədar dərhal müvafiq araşdırmalar aparılıb, tibbi ekspertiza təyin edilib. Hazırda RPŞ-nin İstinaq Bölməsində Cinayət Məcəlləsinin 127-ci (  Qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb. İstintaqın sonunda məsələyə hüquqi qiymət veriləcək”.

Vətən müharibəsi iştirakçısı qayınatası tərəfindən döyüldü 
Vətən müharibəsi iştirakçısı qayınatası tərəfindən döyüldü