Vladimir Putin Çingiz Abdullayevi təltif etdibackend

Vladimir Putin Çingiz Abdullayevi təltif etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Yazıçılar Birliyinin katibi, detektiv romanların müəllifi Çingiz Abdullayevin “Dostluq” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Bu barədə “Moskva-Bakı” nəşri xəbər yayıb.

Çingiz Abdullayev, əsasən, siyasi və psixoloji detektiv janrında olan əsərlərini rus və Azərbaycan dillərində yazır.

Onun ədəbi fəaliyyəti “Vals” (1981) və “Bir tikə çörək” (1981-1982) kimi bir neçə lirik hekayə ilə başlayıb. İlk böyük əsəri “Mavi mələklər” 1988-ci ildə dərc olunub. Sonradan “Əclafların qanunu”, “Əclafların kredosu” və “Əclafların vicdanı” adlı trilogiyası işıq üzü görüb.

2002-ci ildə rusiyalı kinematoqrafçılar bu əsərin əsasında “Dronqo” serialını çəkiblər.

Çingiz Abdullayev, ümumilikdə, 194 adda kitabın müəllifidir.

 

İnterpress.az