Wildberries-dən ŞİKAYƏT: Anbar işçiləri yarıçılpaq şəkildə YOXLANILIR – VİDEObackend

Wildberries-dən ŞİKAYƏT: Anbar işçiləri yarıçılpaq şəkildə YOXLANILIR – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Wildberries anbarının işçiləri yoxlama üçün növbəyə yalnız yarıçılpaq durmağa məcbur olurlar.

İnterpress.az xəbər verir ki,  bu barədə Rusiya mediası məlumat yayıb. Bildirilir ki, Wildberries anbarının yarıçılpaq işçiləri yoxlama üçün növbəyə yalnız alt paltarlarında durmağa məcbur olublar.

İşçilər Moskva vilayətinin Sofjino şəhərindəki anbarda alt paltarlarını soyundurmaq tələbi ilə alçaldıcı yoxlamadan şikayət ediblər. Bütün bunlar “oğurluğun qarşısını almaq” naminə edilib. Videoda şirkətin Moskva vilayətindəki anbarlarından birində vəziyyət əks olunub.

Prokurorluq Wildberries bazarında anbar işçilərinin oğurluqdan qaçmaq üçün alt paltarlarını soyunmağa məcbur edildiyi ilə bağlı araşdırmaya başlayıb.

Xuraman Etibarlı

İnterpress.az