WSJ: ABŞ xarici seçkilərlə bağlı ictimai qiymətləndirmələri məhdudlaşdıracaqbackend

WSJ: ABŞ xarici seçkilərlə bağlı ictimai qiymətləndirmələri məhdudlaşdıracaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ xarici seçkilərlə bağlı ictimai qiymətləndirmələri məhdudlaşdıracaq.

İnterpress.az xəbər verir ki, bu barədə daxili departamentin göstərişinə istinadən “The Wall Street Journal” məlumat yayıb.

ABŞ Dövlət Departamenti demokratik standartları təşviq etmək üçün onilliklər ərzində istifadə edilən təcrübədən imtina edərək, xarici seçkilərin ictimai qiymətləndirilməsinə məhdudiyyətlər tətbiq edir.

Dövlət katibi Rubionun fərmanına əsasən, bəyanatlar yalnız “aydın və məcburedici” xarici siyasət marağı olduğu halda veriləcək.

Dövlət Departamenti səsvermə prosesinin özünü qiymətləndirməkdən yayınaraq, qalibi təbrik etməklə kifayətlənəcək.

Bu qərar Tramp administrasiyasının milli suverenliyə önəm verməsi ilə bağlıdır.

Bundan əvvəl o, ABŞ-nin öz idarəçilik üsullarını başqa ölkələrə tətbiq etməyəcəyini bəyan edərək, əvvəlki siyasəti “fəlakətli müdaxilə” adlandırmışdı.

Xuraman Etibarlı

İnterpress.az