WSJ: Pentaqon rəhbəri İsrailin Livanda quru əməliyyatına başlayacağından qorxurbackend

WSJ: Pentaqon rəhbəri İsrailin Livanda quru əməliyyatına başlayacağından qorxur

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Pentaqon rəhbəri Ostin İsrailin Livanda “Hizbullah”a qarşı quru əməliyyatına başlaya biləcəyindən qorxur.

İnterpress.az xəbər verir ki, bu barədə “Wall Street Journal” Amerika rəsmilərinə istinadən məlumat yayıb.

Ostin öz narahatlığını Pentaqonun yüksək rütbəli rəsmiləri ilə görüş zamanı dilə gətirib.

Pentaqonun rəhbəri hesab edir ki, İsrail Hizbullah rabitə avadanlığının bir sıra partlayışlarından sonra Livan ərazisinə hücum edə bilər.

Qəzetin yazdığına görə, İsrail hərbçiləri artıq ölkənin cənubundan İsrailin şimalına minlərlə xüsusi təyinatlı və paraşütçülərdən ibarət diviziya göndərib.

Xuraman Etibarlı

İnterpress.az