Xabarovsk diyarında beş balıqçı itkin düşüb.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Xabarovsk diyarında beş nəfərdən ibarət balıqçı qrupu itkin düşüb.
Məlumata görə, onlar aprelin 18-də Xabarovskdan yola düşüblər. Balıqçıların Katen çayı rayonunda ov etməyi planlaşdırdıqları bildirilir.
Hazırda onlarla əlaqə saxlamaq mümkün deyil. Xilasedicilər itkin düşən şəxslərin axtarışlarına başlayıblar.
Xuraman Etibarlı
İnterpress.az






