Xalq artisti Səməd Səmədov vəfat edibbackend

Xalq artisti Səməd Səmədov vəfat edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanın xalq artisti Səməd Səmədov vəfat edib.

Bu barədə müğənni Tural Qismət məlumat verib.

Qeyd edək ki, S. Səmədov bu gün koronavirusdan dünyasını dəyişib.

Tanınmış estrada müğənnisi Səməd Səmədov 1946-cı il sentyabrın 17-də Aşqabadda anadan olub. 1948-ci ildə zəlzələ nəticəsində ailəsi ilə birlikdə Bakıya, İçərişəhər məhəlləsinə köçüb.

1988-ci ildən toylarda çıxış edən Səməd Səmədov əhali arasında “Toylar Kralı” kimi tanınırdı.

2011-ci ildə “Xalq artisti” fəxri adına layiq görülüb.