Xankəndidə vəfat edən Vera Aqasyanın qızı anasını Ermənistanda dəfn etmək istəyir.
İnterpress.az xəbər verir ki, bu barədə Vera Aqasyanın 32 yaşlı qızı erməni mediasına bildirib. O bilkdirib ki, oktyabrın 20-də Xankəndidə ölən 70 yaşlı Vera Aqasyanın yaxınları Beynəlxalq Qızıl Xaç Komitəsinə müraciət etməyə hazırlaşır.
Onun sözlərinə görə, yaşlı qadının 4 uşağı var, lakin heç kim onu Ermənistana getməyə razı sala bilməyib.
“Anam kənddə yaşayırdı. Müharibə zamanı üç azyaşlı uşağımla Ermənistana köçdüm, anamın orada qaldığını bilmirdim. Sonra mən daim onu Ermənistana gəlməyə inandırmağa çalışdım, amma istəmədi. Anamın psixi problemləri var idi.
Dəfələrlə Beynəlxalq Qızıl Xaç Komitəsi ilə də əlaqə saxladım, amma dedilər ki, zorla gətirə bilməyəcəklər. Və son altı aydır ki, anamla danışmaq imkanı olmayıb.
Onun xəstə olduğunu heç bilmirdim. Bir neçə gün əvvəl onun ölümündən xəbər tutdum. Mən BQXK ilə əlaqə saxlayacağam ki, anamın cəsədi Ermənistana gətirilsin və biz onu burada dəfn edək”, – erməni qadın bildirib.
Xuraman Etibarlı
İnterpress.az