Xankəndində dalğalanan üçrəngli bayrağmız milli qürurumuzu ifadə edir – Tənzilə Rüstəmxanlıbackend

Xankəndində dalğalanan üçrəngli bayrağmız milli qürurumuzu ifadə edir – Tənzilə Rüstəmxanlı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xatırladaq ki, Vətən müharibəsindəki Zəfərin davamı olaraq 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun apardığı birgünlük lokal xarakterli antiterror tədbirləri nəticəsində ölkəmiz suverenliyini tam bərpa etdi. Cəmi bir sutkaya yaxın müddət ərzində 406 kvadratkilometr ərazi yad ünsürlərdən təmizlənərək Ordumuzun tam nəzarəti altına keçdi. Azərbaycan ərazisində qurulmuş separatçı rejimin fəaliyyətinə son qoyuldu.

media-whatsapp-image-2025-11-25-at-14-11-55

Ermənistan silahlı qüvvələrinin qalıqları və qeyri-qanuni silahlı dəstələri tərk-silah edilərək ərazilərimizdən çıxarıldı, respublikamızın suverenliyi tam təmin edildi, bütün ölkə ərazisində Konstitusiya quruluşu bərpa olundu. Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev 2023-cü il oktyabrın 15-də Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərlərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltdı.

20 sentyabr – Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü artıq üçüncü ildir ki, Azərbaycan xalqı tərəfindən təntənə ilə qeyd olunur. Cənab Prezident İlham Əliyevin 2024-cü il 18 sentyabr tarixli Sərəncamı ilə təsis edilən bu əlamətdar gün təkcə işğaldan azad edilən torpaqların sevincini deyil, həm də 30 illik mübarizənin, minlərlə qəhrəman oğul və qızımızın canı və qanı bahasına qazanılmış milli qürurumuzu ifadə edir.

2023-cü ilin 8 noyabrında Xankəndində keçirilən möhtəşəm hərbi parad Azərbaycan dövlətinin qüdrətini, xalqın birliyini bütün dünyaya nümayiş etdirdi. Qarabağın tacı olan Şuşanın azad edilməsindən sonra düşmənin təslim olması ilə başa çatan Vətən müharibəsi və onun davamı olan lokal antiterror tədbirləri əslində milli dövlətçilik tariximizin ən böyük qələbələrindən biri kimi əbədi qalacaq.

2023-cü il noyabrın 8-də Xankəndi şəhərində Vətən müharibəsində əldə edilən Zəfərin üçüncü ildönümünə həsr olunan hərbi paradın keçirilməsi isə möhtəşəm hadisə kimi tariximizə daxil oldu. Sözsüz ki, işğaldan azad edilmiş bütün ərazilərimizdə olduğu kimi bu bölgələrimizdə də bərpa-quruculuq işləri sürətlə icra edilməyə başladı.

Məhz qısa zamanda Xankəndidə Qarabağ Universitetinin yaradılması tarixi hadisə idi. Bu, işğaldan azad edilmiş ərazilərin iqtisadi potensialı, aparılan bərpa-quruculuq işləri, eləcə də əmək bazarının tələbləri regionda yüksəkixtisaslı kadrların hazırlığını həyata keçirən ali təhsil müəssisəsinin təşkili zərurətini meydana çıxarması baxımında önəmli addım kimi qiymətləndirilir.

Eyni zamanda 2023-cü il dekabrın 5-də qəbul edilmiş qanuna əsasən Ağdam, Kəlbəcər və Tərtər rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilərək mərkəzi Ağdərə şəhəri olmaqla Ağdərə rayonu yaradıldı. Bu isə bölgədə idarəçiliyin optimallaşdırılması baxımından önəmli addım kimi qiymətləndirilir.

Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə artıq öz tarixinin yeni mərhələsinə qədəm qoyub. 2020-ci il Vətən Müharibəsində əldə olunan parlaq Qələbə və 2023-cü ilin sentyabrındakı keçirilən lokal antiterror tədbirləri nəticəsində Azərbaycan 30 ilə yaxın işğal altında qalmış Qarabağ və Şərqi Zəngəzur bölgələrində tam suverenliyini bərpa etməsindən sonra bölgədə yeni bir reallıq yaranıb.

Azərbaycan dövləti tərəfindən bölgədə genişmiqyaslı quruculuq və abadlıq işlərinə start verilib. Bu işlər yalnız infrastrukturun bərpası deyil, həm də milli kimliyin, sosial rifahın və iqtisadi potensialın yenidən qurulması baxımından mühüm əhəmiyyət kəsb edir.

Qarabağ və Şərqi Zəngəzurda aparılan quruculuq işləri təkcə Azərbaycanın daxili inkişafı üçün deyil, bu həm də Cənubi Qafqazda yeni geosiyasi reallıqların formalaşması baxımından yeni imkanlar açır. Çünki Qarabağ və Şərqi Zəngəzurda aparılan quruculuq-abadlıq işləri Azərbaycan tarixində unikal bir mərhələdir. Bu, təkcə torpaqların fiziki deyil, həm də mənəvi və iqtisadi dirçəlişi deməkdir. Dövlət, xalq olaraq birlikdə bu dirçəlişi həyata keçirərək regionu sülh, inkişaf və rifah zonasına çeviririk.