Xarab süd məhsulu 26 yaşlı gənci KOMAYA SALDI – FOTObackend

Xarab süd məhsulu 26 yaşlı gənci KOMAYA SALDI – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Almaniyada rusiyalı turist komaya düşdü, klinika isə bir ay üçün 250 min avro hesab yazdı

İnterpress.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Almaniyada istirahətdə olan, onurğa əzələlərinin ağır atrofiyası ilə yaşayan 26 yaşlı İlyas vaxtı keçmiş süd məhsulu yedikdən sonra kritik vəziyyətə düşüb.

Fesitvalda yeyilən xarab yoqurt gəncdə güclü qusma, daxili qanaxma və kəskin infeksiya yaradıb. Xəstəxanaya çatdırılandan sonra vəziyyəti daha da pisləşib, səpsislə və ağciyər zədələnməsi ilə üzləşib.

Həkimlər onu dərmanla süni komaya salıb və süni tənəffüs cihazına qoşublar.

Reanimasiyada keçirdiyi bir aylıq müalicənin 250 min avroluq xərcini sığorta qarşılamayıb.

Yeni sığorta və hüquqi yardım almaq isə pasportun və bürokratik proseslərin çətinliyi səbəbindən mümkün olmayıb. Üstəlik, ailənin sözlərinə görə, göstərilən tibbi xidmət də qənaətbəxş olmayıb.

İlyas ağır vəziyyətdə xəstəxanadan çıxarılıb. Hazırda borcu ödəmək üçün sosial şəbəkələr vasitəsilə ianə toplamaqla və şəxsi əşyalarını satmaqla məşğuldur.

Xuraman Etibarlı

İnterpress.az