Xarkov vilayətində iki rusiyalı hərbçi Ukrayna əsirliyindən qaçıb.
İnterpress.az xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb.
İlkin məlumatlara görə, onlar nəzarətçini öldürərək onun silahını və avtomobilini ələ keçiriblər.
Qaçan şəxslərin Rusiya Silahlı Qüvvələrinin 25-ci ordusunun hərbçiləri – “Sablya” ləqəbli Sayfolox Rahmatov və “Roker” ləqəbli Yevgeni Danilov olduğu bildirilir.
Hadisə İzyum rayonunun Petrovskoye kəndində baş verib. Hərbçilər ərazidən “Mercedes ML350” markalı avtomobillə uzaqlaşıblar.
Hazırda Ukrayna hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən onların axtarışı aparılır.

Xuraman Etibarlı
İnterpress.az






