Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, Xəzər dənizində 3.4 maqnitudalı zəlzələ qeydə alınıb.
İnterpress.az xəbər verir ki, bu barədə Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.
Bildirilib ki, zəlzələ yerli vaxtla 10:52-də, 30 km dərinlikdə qeydə alınıb.
Xatırladaq ki, dekabrın 26-da Xəzər dənizində yerli vaxtla 02:03-də 3, 07:28-də 3.1 maqnitudalı yeraltı təkanlar qeydə alınıb.