Azərbaycan Rusiya hüquq mühafizə orqanları tərəfindən Yekaterinqburqda yol verilmiş qanun pozuntuları ilə bağlı günahkarların cəzalandırılacağını gözləyir.
İnterpress.az xəbər verir ki, bu barədə XİN-ə çağırılan Rusiyanın səfiri Mixail Yevdokimovla nazir müavini Araz Əzimovun görüşündə deyilib.
Məlumatda qeyd olunub ki, Rusiya hüquq mühafizə orqanları tərəfindən yol verilmiş qanun pozuntuları ilə bağlı qarşı tərəfdən hərtərəfli və obyektiv araşdırma aparılacağını, günahkarların cəzalandırılacağını Azərbaycanın gözlədiyi bir daha diqqətə çatdırılıb:
“Bununla bağlı Azərbaycan tərəfinin mövqeyinin Rusiyanın daxili işlərinə müdaxilə kimi qələmə verilməsinin əsassız olduğu qeyd edilib”.