XİN: Beyrutda azərbaycanlıların xəsarət alması ilə bağlı məlumat daxil olmayıbbackend

XİN: Beyrutda azərbaycanlıların xəsarət alması ilə bağlı məlumat daxil olmayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Beyrutda baş vermiş partlayış nəticəsində azərbaycanlıların xəsarət alması ilə bağlı hər hansı məlumat daxil olmayıb.

Bu barədə Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva məlumat verib.

Qeyd edək ki, Beyrut limanında baş vermiş güclü partlayış nəticəsində 100 nəfərdən çox insan ölüb, 4 mindən çox insan isə xəsarət alıb.

 

İnterpress.az