XİN-in daha bir idarə rəisi də saxlanılıbbackend

XİN-in daha bir idarə rəisi də saxlanılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xarici İşlər Nazirliyində (XİN) yeni saxlanılanlar var.

Interpress.az  xəbər verir ki, bu barədə AzadlıqRadiosuna məlumat verən mənbə bildirib ki, iyulun 7-də və 8-də daha iki nəfər tutulub. Bunlar nazirliyin Konsulluq İdarəsinin rəisi Faiq Bağırov və bu idarənin əməkdaşı İlqar Əliyevdir.

Onlar əvvəl həbs olunanların ifadəsi əsasında saxlanılıb. İyulun 7-də tutulan İlqar Əliyev barəsində iyulun 9-da Səbail Rayon Məhkəməsinin qərarı ilə ilkin istintaq dövrü üçün 4 aylıq həbs-qətimkan tədbiri seçilib.

Faiq Bağırov isə bir gün sonra saxlanıb. O, həbs qərarı üçün bu gün (iyulun 10-da) axşamüstü məhkəmə qarşısına çıxarılmalıdır.

 

 

 

 

 

 

Interpress.az