XİN-in Konsulluq İdarəsinin həbsdə olan sabiq rəisi ev dustaqlığına çıxmaq üçün vəsatət veribbackend

XİN-in Konsulluq İdarəsinin həbsdə olan sabiq rəisi ev dustaqlığına çıxmaq üçün vəsatət verib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xarici İşlər Nazirliyinin (XİN) Konsulluq İdarəsinin sabiq rəisi Faiq Bağırov barəsində seçilən həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsinə dair vəsatət verib.

İnterpress.az-ın məlumatına görə, onun vəsatətinə bu gün Səbail Rayon Məhkəməsində hakim Azər Tağıyevin icraatında baxılacaq.

Qeyd edək ki, F.Bağırov Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılıb.

Onun barəsində Səbail Rayon Məhkəməsinin qərarı ilə dörd ay müddətinə həbs qətimkan tədbiri seçilib.

İnterpress.az