XİN rəhbəri: “Bölgədə yaşanan gərginliyə görə məsuliyyət Ermənistanın üzərindədir”backend

XİN rəhbəri: “Bölgədə yaşanan gərginliyə görə məsuliyyət Ermənistanın üzərindədir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün Xarici İşlər naziri Ceyhun Bayramovun Latviya Respublikasının Xarici İşlər naziri Edqars Rinkeviç ilə telefon danışığı baş tutub.

Bununla bağlı Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, nazir Edqars Rinkeviç son günlər cəbhə bölgəsində yaşanan son dərəcə gərgin vəziyyət ilə bağlı narahat olduğunu bildirdi və hazırkı durum ilə maraqlanıb.

Nazir Ceyhun Bayramov Ermənistan rəhbərliyinin son aylar ərzində həyata keçirdiyi təxribatçı fəaliyyəti, o cümlədən, Tovuz istiqamətində hücum cəhdi, diversiya-kəşfiyyat qrupunun təxribatı Azərbaycanın işğal edilmiş ərazilərində qanunsuz məskunlaşdırma siyasəti, eləcə də, digər təxribatçı addımlar barədə həmkarına məlumat verərək, beynəlxalq ictimaiyyət tərəfindən Ermənistanın bu qanunsuz fəaliyyətinə lazımi reaksiyanın göstərilməməsinin işğalçı ölkənin 27 sentyabr tarixində yeni təcavüz aktına imkan yaratdığını bildirib.

Diqqəti xüsusilə Ermənistan silahlı qüvvələrinin azərbaycanlı mülki əhalini hədəfə aldığına yönəldən nazir bu halın beynəlxalq humanitar hüququn kobud şəkildə pozulması və müharibə cinayəti olduğunu vurğulayıb. Bölgədə yaşanan gərginliyə görə məsuliyyətin tam şəkildə Ermənistan üzərində olduğu bildirilib.

 

İnterpress.az