Hazırda “Xocəsən” istiqamətində elektrik deposunun inşası ilə bağlı işlər davam etdirilir.
İnterpress.az xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.
Onun sözlərinə görə, deponun inşası üç mərhələdə nəzərdə tutulub:
“Birinci mərhələ ondan ibarətdir ki, üç stansiyada xidmət göstərəcək qatarlara lazımı infrastruktur, təmir, qulluq baxımından önəmli rol oynayacaq. Eyni zamanda “Avtovağzal” “Xocahəsən” istiqamətində tunellərin inşaasının başa çatmasıdır. Hazırda tunellərdən birində yol inftastrukturunun qurulması başa çatdırılıb. Digər tuneldə də bu istiqamətdə işlər davam etməkdədir”.
İnterpress.az






