Xüsusi nümayəndə: “Aİ Cənubi Qafqazda təhlükəsizlik, sabitlik və sülhün olmağında çox maraqlıdır”backend

Xüsusi nümayəndə: “Aİ Cənubi Qafqazda təhlükəsizlik, sabitlik və sülhün olmağında çox maraqlıdır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Son aylarda narahatlıq doğuran çox hadisələr baş verib. Mənim bu gün burada olmağımın xüsusi səbəbi məhz budur”.

İnterpress.az-ın xəbərinə görə, bunu Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə görüşdə deyib.

“Bilirsiniz ki, ali nümayəndə sizin xarici işlər naziri, eləcə də Ermənistanın xarici işlər naziri ilə təmasda olub. Avropa İttifaqı Cənubi Qafqazda təhlükəsizlik, sabitlik və sülhün olmağında çox maraqlıdır. Mən öz növbəmdə vəziyyətin necə olduğunu öyrənmək üçün buradayam”, – deyə T. Klaar vurğulayıb.

İnterpress.az