YAP Gəncə şəhər təşkilatının təşəbbüsü ilə baş tutan videokonfransda qlobal mövzular müzakirə edilibbackend

YAP Gəncə şəhər təşkilatının təşəbbüsü ilə baş tutan videokonfransda qlobal mövzular müzakirə edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yeni növ koronavirus infeksiyasının dünya ölkələrini kəskin böhran və itkilərlə, sosial-iqtisadi problemlərlə üz-üzə qoyduğu son dövrlər dövlətlər üçün ciddi bir sınağa çevrilib. Hətta inkişaf etmiş ölkələrdə pandemiya qurbanlarının sayının minlərlə olduğu, böhranın çıxılmaz vəziyyət yaratdığı, səhiyyə sisteminin çökdüyü indiki çətin və mürəkkəb dövrdə Azərbaycan bu ağır sınaqdan uğurla çıxmaqdadır.

İnterpress.az-ın məlumatına görə, YAP Gəncə şəhər təşkilatının təşəbbüsü ilə keçirilən “Pandemiya və postpandemiya dövründə sosial müdafiə tədbirləri və səhiyyə” mövzusunda videokonfransda ölkəmizdə həyata keçirilən sosial siyasətin, sosial dəstək proqramlarının əhalinin sağlamlığının, təhlükəsizliyinin qorunmasına, sosial rifaha olan təsirlərindən bəhs edilib.

Videokonfransda Milli Məclisin Əmək və Sosial Siyasət Komitəsinin sədri Musa Quliyev, ƏƏSM Nazirliyinin sosial təminat siyasəti şəbəsinin müdiri Babək Hüseynov, Heydər Əliyev Fondunun Beynəlxalq Əlaqəlar Departamentinin rəhbəri, millət vəkili Soltan Məmmədov, YAP Gəncə şəhər təşkilatının sədri, millət vəkili Naqif Həmzəyev, Diaspor Press İnformasiya Mərkəzinin sədri Toğrul Allahverdili, Türkiyəli jurnalist Aysu Mola,YAP Ağdaş rayon təşkilatının sədri, millət vəkili Cavid Osmanov, Köln Universitetİ Klinikasının Diaqnostik və İnvaziv Radiologiya İnstitutunun şöbə müdiri, tibb elmləri doktoru Nuran Abdullayev,”Yeni Cağ” Media Qrupunun təsisçisi və baş redaktoru Aqil Ələsgər və 100 -ə yaxın gənc partiya fəalı iştirak edib.

Azərbaycan Prezidentinin əhalinin rifah halının yaxşılaşdırılması və sosial müdafiəsinin gücləndirilməsi istiqamətində verdiyi hər bir qərarın, atdığı hər bir addımın cəmiyyətdə razılıqla, böyük rəğbətlə qarşılandığı videokonfransda məruzəçilər tərəfindən diqqətə çatdırılıb. Pandemiya dövründə əhalinin sağlamlığının qorunması və sosial rifahının dəstəklənməsi istiqamətində görülən işlər, Heydər Əliyev Fondunun xeyirxah təşəbbüsləri, reallaşdırılan bənzərsiz sosial müdafiə tədbirləri vətəndaşların sonsuz minnətdarlıq hissləri ilə qarşılandığı da vurğulanıb. Koronavirusla mübarizədə Almaniyanın və Türkiyənin atdığı addımlardan, qadağaların hansı formada tənzimlənməsindən də danışılıb.

Videokonfransda COVID-19-a qarşı mübarizənin ön sıralarında yorulmadan çalışan Yeni Azərbaycan Partiyasının gənc fəallarının, könüllülərinin cəsarət və mətinlik nümayiş etdirdikləri, yaşlı, əlilliyi olan insanlara hörmət və qayğı ilə yanaşmaları xüsusi ilə qeyd edilib.

Sonda videokonfrans iştirakçılarının təklifləri dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb.

İnterpress.az