YAP Kəlbəcər Rayon Təşkilatının sədri kəlbəcərli şəhidin ailəsini ziyarət edibbackend

YAP Kəlbəcər Rayon Təşkilatının sədri kəlbəcərli şəhidin ailəsini ziyarət edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yeni Azərbaycan Partiyası Kəlbəcər Rayon Təşkilatının sədri Həbib Misirov Bakı şəhəri, Suraxanı rayonu Ramana qəsəbəsində Kəlbəcər rayonundan olan şəhid, cəsur döyüşçü Məhərrəmli Fuad Fizuli oğlunun ailəsini ziyarət edərək, Qurban Bayramı münasibətilə təbrik edib, Bayram sovqatları çatdırıb.

Həbib Misirov, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələrinə göstərdiyi diqqət və qayğıdan danışdı və hər zaman dövlətin şəhid ailələrinin yanında olduğunu bildirib.

Şəhidin ailə üzvüləri göstərilən daimi diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Məhərrəmli Fuad Fizuli oğlu 2- ci Qarabağ Müharibəsində Fizuli istiqamətində gedən döyüşlər zamanı qəhrəmancasına vuruşub.

Füzulinin 5 kəndinin alınmasında igidliklə iştirak edib. Cəbrayılın Nüzgar kəndi yaxınlığında Nüzgar dərəsi adlı yerdə yaralı əsgər yoldaşlarını xilas edərkən yanına minamyot düşmüş və ağır xəsarət alıb. Sentyabrın 29-da şəhidlik zirvəsinə ucalmışdır.

Ali baş komandan İlham Əliyevin sərəncamına əsasən “Füzulinin işğaldan azad olunmasına” və “Vətən uğrunda” medalı ilə təltif olunub.

Uca Allah dövlətimizi qorusun! Şəhidlərimizin ruhu şad olsun!

Allah Şəhidlərimizin doğmalarına səbr versin!

Yeni Azərbaycan Partiyası Kəlbəcər Rayon Təşkilatının sədri Həbib Misirov Kəlbəcər rayonundan olan şəhid, cəsur döyüşçü Məhərrəmli Fuad Fizuli oğlunun ailəsini Qurban Bayramı münasibətilə ziyarət etmişdir
Yeni Azərbaycan Partiyası Kəlbəcər Rayon Təşkilatının sədri Həbib Misirov Kəlbəcər rayonundan olan şəhid, cəsur döyüşçü Məhərrəmli Fuad Fizuli oğlunun ailəsini Qurban Bayramı münasibətilə ziyarət etmişdir