Yaponiyada AYI HÜCUMU: Aşpaz klassik cüdo fəndi ilə CANINI QURTARDIbackend

Yaponiyada AYI HÜCUMU: Aşpaz klassik cüdo fəndi ilə CANINI QURTARDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yaponiyada ramen aşpazı ayının hücumundan cüdo fəndi ilə xilas olub.

İnterpress.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.

Yaponiyada ayıların insanlara hücumu rekord həddə çatıb. Son bir ildə 200-ə yaxın hücum qeydə alınıb, 13 nəfər ölüb, 100-dən çox insan yaralanıb. Hakimiyyət hətta ordu birləşmələrini belə bölgələrə cəlb edib.

Sannohe şəhərində yerləşən Tenya ramen restoranında səhər tezdən yaşanan hadisə isə ölkədə gündəmə çevrilib. Saat 05:00 radələrində 57 yaşlı aşpaz kənardan “qara hərəkət” gördüyünü deyib. Bir neçə saniyə sonra koldan çıxan ayı onun üzünə cumaraq göz qapağını cırıb.

Aşpaz əvvəlcə yumruqlarla müdafiə olunmağa çalışsa da, effekt verməyib. O, bir addım irəli gedərək ayının pəncəsini tutub klassik cüdo fəndi – o-soto-gari – ilə heyvanı yerə çırpıb. Şoka düşən ayı dərhal qaçıb dağlara çəkilib.

Aşpaz isə sanki heç nə olmamış kimi mətbəxə qayıdaraq ramen bişirməyə davam edib. Menecer işə gələndə onu qazana əyilmiş vəziyyətdə, başdan-ayağa qan içində görüb.

Xəstəxanada ona gözünün yaxınlığında 10 santimetrlik kəsik üçün tikiş qoyulub və qabırğasının sınığı diaqnozu qoyulub. Hazırda xəstəlik məzuniyyətindədir, amma həkimlər onun sağalacağını deyirlər.

Xuraman Etibarlı

İnterpress.az