Yaponiyada inflyasiya 1982-ci ildən bəri ən yüksək həddə çatıbbackend

Yaponiyada inflyasiya 1982-ci ildən bəri ən yüksək həddə çatıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yaponiyanın əsas istehlak inflyasiyası oktyabr ayında 1982-ci ilin fevral ayından bu yana rekord 3.6%-ə çatıb və bu, Yaponiya Bankının (Mərkəzi Bank – Red) davamlı inflyasiya hədəfi olan 2%-dən xeyli yuxarıdır.

Bunu ölkənin İnzibati İşlər və Rabitə Nazirliyinin statistikası göstərir.

Ölkədə bahalaşmanı əks etdirən əsas göstərici yanacağın maya dəyərini əhatə edir, lakin tez xarab olan məhsulların qiymətləri çox güclü dalğalanmalara məruz qaldığından onları nəzərə alınmır.

Yaponiya Bankı inflyasiya hədəfini məhz bu indeks üzrə müəyyən edir. Eyni zamanda, sentyabrda bu mallar nəzərə alınmaqla inflyasiya 3,7% təşkil edib. Yaponiyada rekord inflyasiya enerji və ərzaq qiymətlərində qlobal artım, eləcə də yenanın əhəmiyyətli dərəcədə zəifləməsi fonunda qeydə alınıb. Qiymət artım templəri hətta istehlak vergisinin artması səbəbindən inflyasiyanın sürətləndiyi 2014-cü ilin göstəricilərini də üstələyib.

Aprel ayından etibarən qiymət artım templərinin sürətlənməsi müşahidə olunur. Belə ki, tez xarab olan mallar nəzərə alınmadan baza inflyasiyası apreldə ilk dəfə olaraq 2%-i keçərək 2,1% təşkil edib. May ayında da eyni göstərici qeydə alınıb, ondan sonra inflyasiya iyunda 2,2%-ə, iyulda 2,4%-ə, avqustda 2,8%-ə, sentyabrda isə 3%-ə yüksəlib.