Yaponiyalı alpinist Pakistanda zirvəyə qalxarkən yıxılaraq ölübbackend

Yaponiyalı alpinist Pakistanda zirvəyə qalxarkən yıxılaraq ölüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yaponiyalı alpinist Şinji Tamura Pakistanın Gilgit-Baltistan bölgəsində yüksək zirvəyə qalxarkən yıxılaraq ölüb.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Pakistan Alpinizm Klubunun katibi Karrar Haidri verdiyi açıqlamada Yaponiyadan olan iki alpinistin Gilgit-Baltistan bölgəsindəki Andak vadisində görünməmiş bir zirvəyə qalxmaq istədiklərini bildirib.

Yapon alpinist Şinji Tamuranın sözügedən zirvəyə qalxarkən 5380 metr hündürlükdə yıxılaraq həlak olduğunu bildirən Haydri, digər yapon alpinist Semba Takayasunun da yaralandığını qeyd edib.

Haydri yapon alpinistin bəzi əşyalarını tapdıqlarını, lakin onun bədəninə çata bilmədiklərini bildirib.

Hər il minlərlə alpinist Pakistandakı zirvələrə qalxmaq üçün Gilgit-Baltistan bölgəsinə səfər edir.

Gilgit Baltistan bölgəsində 8000 metrdən yuxarı 5 zirvə, o cümlədən dünyanın ikinci ən yüksək dağı K2 yerləşir.