Yaponiyanın cənubundakı Okinava əyalətində təsirli olan Khanun qasırğası nəticəsində həyatını itirənlərin sayı 2-yə yüksəlib, yaralıların sayı 60-ı keçib.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Səlahiyyətlilər tayfun səbəbindən əyalətdəki evlərin təxminən yüzdə 20-nin elektrik enerjisinin kəsildiyini, indiyə qədər 2 nəfərin öldüyünü və 60-dan çox insanın yaralandığını bildirib.
Sakinləri yüksək və tufan dalğalarından ehtiyatlı olmağa çağıran səlahiyyətlilər, dəniz səviyyəsindən aşağıda olan ərazilərdə yaşayanları mümkün daşqınlara hazır olmağa çağırıb.
Okinavada güclü külək nəticəsində dağılan qarajın altında qalan 90 yaşlı kişi dünən aparıldığı xəstəxanada dünyasını dəyişib.
Qasırğa səbəbindən bölgədə uçuşlar təxirə salınıb.