Yaponiyanın Sakit okean sahilləri üçün sunami xəbərdarlığıbackend

Yaponiyanın Sakit okean sahilləri üçün sunami xəbərdarlığı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yaponiyanın paytaxtı Tokionun şərqində yerləşən Çiba prefekturası da daxil olmaqla, Sakit okean sahilləri regionları üçün sunami xəbərdarlığı edilib.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Yaponiya Meteorologiya Agentliyi (JMA) səhər saatlarında baş verən naməlum maqnitudalı zəlzələdən sonra Sakit Okean sahillərinə xəbərdarlıq edib.

Müvafiq olaraq, Tokionun şərqindəki Çibanın 12 rayonu, Oqasavara adaları, İzu adaları, Koçi və Miyazaki prefekturaları üçün sunami xəbərdarlığı edilib.

Müxtəlif hündürlükdə dalğaların sahilyanı əraziləri bir neçə dəfə vura biləcəyi xəbərdarlığında yerli əhalidən çimərliklərdən və çayların mənsəblərindən uzaq durmaları istənilib.