İki gün əvvəl Gürcüstanın Kaxeti rayonunun Tulari kəndində baş vermiş qətli törətməkdə təqsirləndirilən şəxs saxlanılıb.
Bu barədə İnterpress.az yerli mediaya istinadən xəbər verir.
Saxlanılan şəxs yaralı qadının keçmiş həyat yoldaşıdır.
İstintaqın məlumatına görə, Yaqub Xeyirxəbərov əvvəlcə keçmiş həyat yoldaşına odlu silahdan açdığı atəşlə xəsarət yetirib, onun hazırki ərini isə yerindəcə qətlə yetirib. Yaralı qadın hələ də klinikadadır. Onun təcili əməliyyata ehtiyacı olub. Həkimlər yaralıların vəziyyətini stabil, lakin ağır kimi qiymətləndirirlər.