Yekaterinburqda sarı isti su problemi 2032-ci ilə qədər DAVAM EDƏ BİLƏRbackend

Yekaterinburqda sarı isti su problemi 2032-ci ilə qədər DAVAM EDƏ BİLƏR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yekaterinburqda sarı isti suyun 2032-ci ilə qədər norma sayılacağı bildirilir.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Yekaterinburqda suyun bulanıq olması, rəngini dəyişməsi və santexnika qurğularında, paltarda iz buraxmasına 2032-ci ilə qədər icazə verilə biləcəyi bildirilir.

Rospotrebnadzorun tələblərin müvəqqəti yumşaldılmasını razılaşdırdığı qeyd olunur.

Məlumata görə, şəhərin istilik və su təchizatı infrastrukturu ciddi şəkildə köhnəlib. Su kəmərlərinin bəzi hissələrinin 70-100 faiz köhnəldiyi, ümumilikdə 2056 kilometr su xəttinin 1281 kilometrinin dəyişdirilməsinə ehtiyac olduğu bildirilir.

İnfrastrukturun 2045-ci ilə qədər modernləşdirilməsi üçün nəzərdə tutulan büdcə 521 milyard rubldan (təxminən 10,4 milyard manat) 358 milyard rubla (təxminən 7,1 milyard manat) endirilib.

Sakinlər iyulun sonundan sarı sudan kütləvi şəkildə şikayət edir, avqustun 12-də isə şəhərdə evlərin yarıdan çoxunda isti suyun olmadığı bildirilir.

Mənzil-kommunal xidmətlər üzrə tariflərin isə oktyabrın 1-dən artırılması planlaşdırılır.

Xuraman Etibarlı

İnterpress.az