Yelena Zelenskaya həyat yoldaşının səhhətindəki problemləri AÇIQLADIbackend

Yelena Zelenskaya həyat yoldaşının səhhətindəki problemləri AÇIQLADI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yelena Zelenskaya həyat yoldaşının səhhətindəki problemlərdən danışıb.

İnterpress.az xəbər verir ki, bu barədə Ukraynanın birinci xanımı Yelena Zelenskaya İtaliyanın “La Repubblica” nəşrinə müsahibəsində bildirib. O etiraf edib ki, genişmiqyaslı müharibə onun həyat yoldaşı, Ukrayna prezidenti Volodimir Zelenskinin səhhətinə mənfi təsir edib.

Prezidentin həyat yoldaşının dediyinə görə, Zelenski müharibə səbəbindən ciddi stress keçirir və böyük fiziki və emosional gərginlik səbəbindən kürəyi, beli tez-tez ağrıyır.

Zelenskaya vurğulayıb ki, “1000 günlük müharibə ərini daha da gücləndirdi”, lakin eyni zamanda, “stress onun kürəyini məhv edir”.

Xuraman Etibarlı

İnterpress.az