Yəmənin paytaxtında elektrik sisteminin 80%-i dayanıbbackend

Yəmənin paytaxtında elektrik sisteminin 80%-i dayanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yəmənin müvəqqəti paytaxtı Ədəndə yanacaq çatışmazlığı səbəbindən elektrik sisteminin 80 faizi işlək vəziyyətdə qalıb.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Yəmən Elektrik Qurumunun açıqlamasında Elektrik və Enerji Nazirliyinin elektrik stansiyalarının minimum səviyyədə işləməyə davam edə bilməsi üçün yanacaq təmin etmək üçün böyük səy göstərdiyi bildirilib.

Yanacaq təchizatı probleminə hökumətin müdaxilə edəcəyinə ümid edilsə də, zənglərə cavab verilməyib, şəhərdə 80 faizdən çox elektrik enerjisinin verilişinin dayandırıldığı vurğulanıb.

Şəhərdə elektrik enerjisinin kəsilməsi sutkada 19 saata çata bilər.

Müvəqqəti Paytaxt Adendə 5 elektrik stansiyası var.