Yeni Zelandiya COVID-19 məhdudiyyətlərini ləğv edirbackend

Yeni Zelandiya COVID-19 məhdudiyyətlərini ləğv edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yeni Zelandiya COVID-19 məhdudiyyətlərini aradan qaldıraraq epidemiyaya qarşı ciddi ehtiyat tədbirləri siyasətinə son verib.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Ölkədə təxminən 3,250 şəxsin COVID-19 səbəbiylə öldüyü bildirilib.

Epidemiyanın başlaması ilə ölkə sərhədlərini bağlayaraq sərt tədbirlər görən Yeni Zelandiya, COVID-19 prosesinin uzanması və daha yoluxucu variantların ortaya çıxması ilə sıfır tolerantlıq yanaşmasına son qoymalı olub.

İyun ayından bəri koronavirusa yoluxma hallarında azalma tendensiyası müşahidə olunub.