Yeniyetməlik dövrü əslində 32 yaşa qədər DAVAM EDİR – Yeni ARAŞDIRMAbackend

Yeniyetməlik dövrü əslində 32 yaşa qədər DAVAM EDİR – Yeni ARAŞDIRMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Araşdırmalara görə, beyin inkişafı beş mərhələdən ibarətdir.

İnterpress.az xəbər verir ki, bu barədə Kembric Universitetinin alimləri məlumat yayıb.

Alimlər insanın beyin inkişafının beş əsas dövrünü müəyyən ediblər. 1 yaşdan 90 yaşa qədər olan 4000-ə yaxın insanın beyin skanlarına əsaslanan genişmiqyaslı araşdırma göstərir ki, neyron əlaqələri həyatımız boyu dəyişir.

Məlum olub ki, beyin təxminən 9, 32, 66 və 83 yaşlarında dörd həlledici dönüş nöqtəsindən keçərək fərqli inkişaf yollarına daxil olur.

Məlumata görə, uşaqlıq dövrü doğumdan 9 yaşa qədər davam edir. Daha sonra orta hesabla 32 yaşa qədər davam edən “yeniyetməlik” dövrü gəlir. Yalnız 30 yaşın əvvəllərində beyin yetkinlik rejiminə keçir.

66 yaş civarında beyin arxitekturasında erkən qocalma, 83 yaşda isə gec qocalma mərhələsi başlayır.

Tədqiqatçılar bu mərhələlərin öyrənilməsinin psixi sağlamlıq problemlərini anlamaqda kömək edəcəyini vurğulayırlar.

Xuraman Etibarlı

İnterpress.az