Yeniyetmənin “biznes” planı uğursuzluqla BİTDİ: 1 milyonluq DƏLƏDUZLUQbackend

Yeniyetmənin “biznes” planı uğursuzluqla BİTDİ: 1 milyonluq DƏLƏDUZLUQ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yeniyetmə sifariş məntəqəsi alaraq bahalı videokartları oğurlayıb. “Dahiyanə” biznes sxemi milyonluq ziyanla nəticələnib.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Leninqrad vilayətində yeniyetmə qeyri-adi və cinayətkar bir biznes sxeminə əl atıb.

İstintaqın məlumatına görə, o, fərdi sahibkardan sifariş məntəqəsi satın alıb və obyekti idarə etmək hüququ qazandıqdan sonra məkrli planını icra edib.

Yeniyetmə başqalarına məxsus mobil tətbiq hesablarından istifadə edərək, özünə məxsus sifariş məntəqəsinə yüksək qiymətli videokart partiyası üçün sifarişlər verib.

Əvvəlcədən heç bir ödəniş etməyi planlaşdırmayan yeniyetmə, sifariş olunan mallar məntəqəyə daxil olan kimi onları gizli yolla oradan çıxarıb və öz istədiyi kimi mənimsəyib.

Bu əməl nəticəsində vurulan maddi ziyan 1 milyon rublu (təxminən 22 500 manat) ötüb.

Yeniyetmə barəsində “xüsusilə külli miqdarda dələduzluq” maddəsi ilə başlanılan cinayət işi üzrə istintaq yekunlaşıb.

Xuraman Etibarlı

İnterpress.az