Yerevanda valideynlər yenidən aksiya keçirdibackend

Yerevanda valideynlər yenidən aksiya keçirdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanda əsgər anaları etiraz askiyası keçirir. 

Onlar Nazirlər Kabinetinin qarşısına toplaşıb.

Onların əsas tələbi sərhədlər bağlanmadan və ərazilər Azərbaycana təhvil verilmədən övladlarının geri qaytarılması ilə bağlıdır.

“Dekabrın 1-də Laçının təslim ediləcəyi barədə məlumat aldıq. Buna görə də elə bu gün uşaqlarımızı geri qaytarsınlar, təslim olduqdan sonra döyüşlərdə iştirak edən digər əsgərlərin taleyini yaşamayacaqlarına dair heç bir zəmanətimiz yoxdur”, – deyə aksiya iştirakçıları bildirib.

Valideynlərdən biri övladının əsir və ya itkin düşməsini istəmədiyini bildirərək hökuməti təcili addımlar atmağa çağırıb.

“Bunlardan heç biri övladlarımızın 30 noyabrdan sonra sağ-salamat qayıdacağına zəmanət verə bilməz”, – deyə başqa bir valideyn Paşinyan hökumətini ittiham edib.

 

İnterpress.az