Yerli avtomobil benzininin istehsalı artıb – FOTObackend

Yerli avtomobil benzininin istehsalı artıb – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2020-ci ildə Heydər Əliyev adına Neft Emalı Zavodunda 5 874 900 ton neft və 82 100 ton kənardan daxil olan xammal olmaqla, cəmi 5 957 000 ton xammal emal edilib. bu barədə Dövlət Neft Şirkətinin (SOCAR) “Davamlı İnkişaf Hesabatı-2020”də məlumat verilib.

Neft emalı zavodunda istehsal olunmuş məhsullar arasında avtomobil benzinləri – 1 166 760 ton (illik müqayisədə 0,5 faiz çox), reaktiv mühərrik yanacağı – 502 240 ton (15 faiz az), dizel yanacağı – 2 032 320 ton (illik müqayisədə 2,3 faiz az) var.

Həmçinin, 2020-ci il üzrə SOCAR 2 270 199,01 ton məhsul ixrac edib. İxrac həcmi 2019-cu illə müqayisədə 6 faizə qədər artıb.

İxrac edilmiş məhsullar arasında “A-92” markalı avtomobil benzininin həcmi 64 134,10 ton, dizel yanacağı “L-62” 646 342,13 ton (illik müqayisədə 27,4 faiz çox), reaktiv mühərriklər üçün “TS-1” markalı yanacaq – 25 423,34 ton (illik müqayisədə 2 dəfə az), eləcə də metanol 468 997,65 ton (illik müqayisədə 20,1 faiz çox), karbamid 69 359,65 ton (39,9 faiz çox) var.

Müxtəlif neft və neft-kimya məhsullarının ixrac olunduğu əsas ölkələrin təsviri aşağıdakı xəritədə təqdim olunub.