Yevlaxda avtomobil aşıb, sürücü xəsarət alıbbackend

Yevlaxda avtomobil aşıb, sürücü xəsarət alıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yevlax rayonunda bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

İnterpress.az xəbər verir ki, hadisə Qoyunbinəsi kəndində qeydə alınıb.

Rayon sakini, 1991-ci il təvəllüdlü Tural Məhərrəmovun idarə etdiyi “Ford” markalı kiçik tutumlu yük maşını idarəetmədən çıxaraq aşıb.

Qəza nəticəsində sürücü müxtəlif bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, aşan avtomobillə çörək daşınırmış.

Faktla bağlı araşdırma aparılır.